Warning: fopen(/home/ulduz/public_html/engine/cache/related_43.tmp): failed to open stream: Permission denied in /home/ulduz/public_html/engine/modules/functions.php on line 372 Warning: fwrite(): supplied argument is not a valid stream resource in /home/ulduz/public_html/engine/modules/functions.php on line 373 Warning: fclose(): supplied argument is not a valid stream resource in /home/ulduz/public_html/engine/modules/functions.php on line 374 Aslanın Üç Tükü » Ulduz.COM
  ULDUZ.COM  
 
Ana səhifə
Statistika
Qeydiyyat
Əlaqə
Chat
 
  Kateqoriyalar  
 
Proqramlar
Video
Kino
MP3
Yumor
Oyunlar
Maraqlı saytlar
Xəbərlər
Hekayələr
Şeirlər
Dini hekayələr
Təhlükəsizlik
Kitablar
Web Dizayn
Divar kağızları
Ekran qoruyucuları
Fonts
Mobil
Şəkillər
Ulduzlar
Sevgi-məhəbbət
Digər
 
   
  Ən Sevilən Xəbərlər  
  » Adminlər axtarılır!.
 
  Arxiv  
  Dekabr 2008 (1)
Oktyabr 2008 (16)
Sentyabr 2008 (14)
Avqust 2008 (2)
Mart 2008 (1)
Yanvar 2008 (10)
Dekabr 2007 (8)
Noyabr 2007 (1)

 
  Aslanın Üç Tükü Dini hekayələr  
 
Aslanın Üç Tükü



Bir kişinin çox sevdiyi həyat yoldaşı gənc yaşında dünyasını dəyişir. O, uzun müddət xanımının yasını tutur. Ancaq həm dostlarının, həm də qohumlarının bir tövsiyələri vardı: həyat davam edir və bu həyatı təkbaşına yaşamaq çox çətindir, evlən, evindəki azyaşlı övladının anaya ehtiyacı var...
Beləliklə, o, yenidən evlənir. Həyatını birləşdirdiyi xanım çox gözəl və şəfqətli idi. Ancaq ögey ana özünü uşağa sevdirə bilmirdi. Balaca uşaq ürəyini yeni anasına açmamaqla yanaşı, onun aldığı bütün hədiyyələri sındırır və küçəyə tullayırdı. Hətta ögey anasını ağır ifadələrlə təhqir edirdi. Artıq evdə baş verənlər ögey ananı çıxılmaz vəziyyətə salmışdı, nə edəcəyini bilmirdi, özünü sevdirmək üçün hər şeyi etdiyini düşünürdü, ancaq nəticə istənilən kimi olmurdu.
Ana dərdini dünyagörmüş bir ağsaqqala açıb, ondan yardım diləyir. Qadını dinləyən ağsaqqal gülümsəyir və ona yardım edə biləcəyini söyləyir: “Sənə kömək edə bilərəm. Ancaq bunun üçün bir aslandan üç tük qoparıb mənə gətirməlisən”.
Başqa çıxış yolu yox idi. Ağsaqqalın dediyini etməliydi. Ancaq tapşırıq da asan deyildi. Bir qədər fikirləşdikdən sonra yaxınlıqdakı ət dükanına gedir və oradan xeyli ət alır. Əti də götürüb meşəyə gəlir. O, əti bir yerə qoyub kənara çəkilir və seyr etməyə başlayır. Bir aslan yaxınlaşıb əti yeməyə başlayır. Bu, bir həftə davam edir.
Bir həftə sonra qadın yenə qəssabdan ət alıb meşəyə gəlir. Ancaq o, bu dəfə əti həmişəki yerə qoyduqdan sonra aslanın görə biləcəyi bir yerdə dayanır. Aslan yenə gəlib əti yeyir. Artıq aslan da ətin qadın tərəfindən gətirildiyini hiss edirdi.
Növbəti həftə isə qadın aslanın bir neçə metrliyindən onu seyr edir. Aslan isə hər dəfə qadından əvvəl ətin qoyulduğu yerə gəlir və əti yeyib gedirdi.
Xeyli müddət keçdikdən sonra qadın artıq əti yerə qoymur, onu əlində saxlayıb aslanın ona yaxınlaşmasına nail olmaq istəyir. Belə də olur, artıq aslan əti qadının əlindən yeyirdi. Aslanla qadın sanki dost olmuşdular. Qadın qorxmadan aslanı sığallaya bilirdi.
İstədiyi məqam yetişmişdi. Bir gün aslanı sığallayarkən ondan üç tük qoparır və sevincək ağsaqqalın yanına gəlir. “Tükləri gətirdim. İndi bunları neyləyim?” - deyə soruşur. Ağsaqqal mənalı bir gülümsəmə ilə qadına baxır və deyir: “Sən vəhşi bir heyvanın dilini öyrənib ona yaxınlaşmağı, hətta ondan üç tük qoparmağı öyrəndin. İndi isə evinə get və bu öyrəndiklərini evindəki yaralı bala aslan üzərində tətbiq et”...-
 
   
 
 
Hörmətli istifadəçi, qeydiyyatdan keçməmisiniz. Qeydiyyatdan keçərək öz istifadəçi adınızla girməyinizi məsləhət görürük.
 

  Rəyini bildir  
  İstifadeçi Menüsü  
 
İstifadəçi
Şifrə
 
 
   
  Təqvim  
 
«    Sentyabr 2008    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
  Dost Saytlar  
  » Azeri.NET - Əyləncə Portalı
  » Xarici Mahnı Sözləri
  » AfrMedia
  » Lüğət

Ana səhifə | Statistika | Əlaqə
Copyright © 2007 ULDUZ.COM